RESEKVENT TİRƏ

ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir. гряда ресеквентная resequent ridges
RESEKVENT DƏRƏ
RƏMƏ
OBASTAN VİKİ
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Resekvent dərə
Resekvent dərə (rus. ресеквентная долина, ing. resequent valley, secondary consequent valley) — konsekvent çayın ikinci dərəcəli qolunun dərəsi olub, onun axım istiqamətini təkrarlayır və adətən süxur laylarının yatımına uyğun gəlir.
Resekvent çay
Resekvent çay(rus. река ресеквентная, ing. resequent river) 1) V. M. Devisə görə layların yatımı istiqamətində axan subsekvent çayların qolu; 2) konsekvent çayın istiqamətində axan subsekvent çayın qolu Şukin, 1964.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.